19 oktyabr 2026 11:02
404

Şamaxıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb.

İlkin məlumata görə, 7 yaşlı S.Samiyev evin həyətində su ilə dolu bidonun içərisinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.