18 oktyabr 2026 15:59
109

Kimya İnstitutunda “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda elmi seminar keçirilib

 

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Asimmetrik(Enantioselektiv) sintez” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutun direktor vəzifəsini icraedən professor Əfsun Sucayev elmi seminarların təşkilininəhəmiyyətindən danışıb. O bildirib ki, institutda elmimüzakirələrin genişləndirilməsi, aktual tədqiqat istiqamətlərininmüzakirəyə çıxarılması və müxtəlif elmi müəssisələrdə çalışanalimlərin təcrübəsindən faydalanmaq əsas prioritetlərdəndir. 

Professor Əfsun Sucayev seminarın mövzusunun aktuallığınatoxunaraq asimmetrik sintezin müasir üzvi kimyanın mühümistiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, busahədə aparılan tədqiqatlar fundamental elmi problemlərin, o cümlədən həyatın mənşəyi ilə bağlı sualların araşdırılması, eləcədə farmakologiya və dərman maddələrinin sintezi sahəsindəyeni imkanların yaranması baxımından xüsusi əhəmiyyətdaşıyır.

Əfsun Sucayev asimmetriya kimyası sahəsində əldə olunan elminəticələrin Azərbaycanda aparılan tədqiqatlar üçün dəəhəmiyyətli olduğunu qeyd edib. O, bu istiqamətdə araşdırmalaraparmış alimlərdən professor İdris Əhmədovun və AzərbaycanTexniki Universitetinin professoru, kimya elmləri doktoruGüləhməd Talıbovun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Güləhməd Talıbovun uzun illər ərzində asimmetrik sintezsahəsində apardığı tədqiqatlar bu istiqamətdə elmi potensialınqorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Professor gənc tədqiqatçıların təcrübəli alimlərin elmibiliklərindən və tədqiqat təcrübəsindən faydalanmasınınvacibliyini diqqətə çatdırıb. O, asimmetrik sintezin gələcəkdə dəyeni elmi nailiyyətlərə yol açacaq perspektivli tədqiqatistiqamətlərindən biri olduğunu bildirib.

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru, kimya elmləri doktoru Güləhməd Talıbov “Asimmetrik(Enantioselektiv) sintez” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə asimmetrik sintezin nəzəri əsasları, xiral molekullarınalınması, qeyri-xətti effektlər və avtokataliz proseslərinin elmiəhəmiyyəti müzakirə olunub. Güləhməd Talıbov bildirib ki, asimmetrik (enantioselektiv) sintez müasir üzvi kimyanınmühüm istiqamətlərindən biridir. Bu sahədə aparılan tədqiqatlarxiral molekulların yaranma mexanizmlərinin öyrənilməsi, həyatın mənşəyinin araşdırılması, eləcə də daha təhlükəsiz vəeffektiv dərman preparatlarının hazırlanması baxımından böyükəhəmiyyət daşıyır.

Alim qeyd edib ki, qeyri-xətti effektlər və avtokatalitikproseslərin öyrənilməsi kimyəvi reaksiyaların daha dəqiq idarəolunmasına və tələb olunan enantiomerlərin üstünlükləalınmasına imkan yaradır. Bu istiqamətdə əldə olunan elminəticələr fundamental kimyanın inkişafı ilə yanaşı, əczaçılıqsənayesi üçün də yeni perspektivlər açır.

Güləhməd Talıbov, həmçinin Azərbaycanda asimmetrik sintezsahəsində aparılan tədqiqatların genişləndirilməsinin, gəncalimlərin bu istiqamətə cəlb edilməsinin və beynəlxalq elminailiyyətlərin yerli tədqiqatlarda tətbiqinin vacibliyinivurğulayıb.

Seminar mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlədavam edib.