Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib.
“İki sahil” xəbər verir ki, baş katib bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan Hökumətini və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi gün Azərbaycan xalqının dözümlülüyünü, qətiyyətini, suverenliyinə və müstəqilliyinə sarsılmaz bağlılığını təcəssüm etdirir. Qardaş Azərbaycana davamlı sülh, birlik, tərəqqi və uzunmüddətli rifah arzulayıram", - o bildirib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib
FHN işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib