Yelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini vəkredit portfelini genişləndirib, kapital göstəriciləri isəgüclənib.
Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manata çatıb. Artımın əsas hissəsibiznes kreditlərinin payına düşür. Real sektorunmaliyyələşdirilməsi Bankın prioritetində qalmağa davamedir və biznes kredit portfeli 46,9 milyon manat böyüyərək721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilinəvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manataçatıb.
Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyisayəsində fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumiəmanət portfeli isə rübün sonuna 1 milyard 91 milyonmanat təşkil edib. Bankın ümumi aktivləri eyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.
Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilinanaloji dövrü ilə müqayisədə 17,4% artaraq 154 milyonmanata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyonmanat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.
Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilinəvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyonmanata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər iki göstərici tələb olunan normanı üstələyirvə ilin əvvəli ilə müqayisədə yüksəlib.
Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavəsuallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb