Böyük Britaniya Ukraynaya “Martlet” yüngül çoxməqsədli raketlərinin tədarükünü sürətləndirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, London növbəti dörd il ərzində Ukraynaya 5 mindən çox “Martlet” raketi tədarük etmək üçün 1,6 milyard funt-sterlinq ayırıb. Bundan əlavə, 45 milyon funt-sterlinq dəyərində zenit raketləri paketinin 10 milyon funt-sterlinqlik hissəsinin çatdırılması sürətləndiriləcək.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Kiyevə hərbi dəstəyin artırılacağını bəyan etməyi planlaşdırır. Eləcə də, hökumət yaxın həftələrdə Ukraynaya əlavə hərbi və maliyyə yardımı, eləcə də yeni sanksiyalarla bağlı tədbirlər hazırlayacaq. London, həmçinin tərəfdaşlarını Rusiya mayeləşdirilmiş təbii qazının beynəlxalq dəniz daşımalarına tam qadağa qoymağa çağıracaq.
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb