13 oktyabr 2026 13:41
121

ADY kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) kollektivi Azərbaycanda dəmir yollarının yaradılmasının 146-cı ildönümü və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Bu barədə "İki sahil"ə ADY-dən məlumat verilib.

Bildirilib ki, dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.