13 oktyabr 2026 12:52
119

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

Mən Bakıda 44 il əvvəl olmuşam və yenidən bu gün Bakıdayam. Bakının sürətli inkişafını və Azərbaycanın bir ölkə kimi inkişafının şahidi oluram.

“İki sahil” xəbər verir ki,  bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Azərbaycanda hər şeyin yeni olduğunu deyən Thonqlun Sisulit bildirib: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”.