Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərindəbərqərar olacağı bu gün qarşımızda duran mühümməsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasirçağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına vəxalqın rifahına töhfə verməyə hazır olan vətəndaşlarınyetişdirilməsindən gedir. Çünki dövlətin davamlı inkişafıiqtisadi və texnoloji imkanlarla bərabər həm də onunmənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarınınvətənpərvərlik düşüncəsi ilə müəyyən olunur.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilikfəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yertutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumundasəsləndirdiyi “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir” fikribu gün də öz aktuallığını qoruyur. Bu yanaşmanınmahiyyəti ondan ibarətdir ki, milli-mənəvi dəyərlərkeçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyinqorunmasının, dövlətçilik ənənələrinin davamlılığının vəgələcək inkişafın əsas amillərindən biridir.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarınəzərə alınmaqla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışındaideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərlitəsirlərdən qorunmasının mühüm vasitələri kimi qeydetmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzininyaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Bu yanaşma milli-mənəvi tərbiyənin daha genişmahiyyətini ortaya qoyur. Milli kimliyini dərk edən, tarixiinkişafımızın səbəb və nəticələrini anlayan gənc,dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi yox, eynizamanda əvvəlki nəsillərin səylərinin və tariximübarizənin yekunu olaraq qiymətləndirir. Hər bir gəncanlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlaryalnız üstünlüklər deyil, həm də gələcək nəsillərqarşısında cavabdehlik yaradır. Buna görə milli-mənəvitərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgünseçim edə bilən, milli maraqlara və dövlət mənafelərinəbağlı vətəndaş olmalıdır.
Bu prosesin təməli ailədə qoyulur, təhsilmüəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir. Ailəuşağın insanlara, ictimai mühitə, Vətənə və özünəmünasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsilhəmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqimədəniyyətlə tamamlayır. Lakin müasir dövrdəgənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərənüçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süniintellekt bilik əldə etmək imkanlarını genişləndirməkləyanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir.
İnformasiya bolluğu özlüyündə düzgündünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək vəmüxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığıolmadıqda, geniş informasiya imkanları yanlışistiqamətlənmə risklərini də artıra bilər. Buna görəmüasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etməkvə qərarlarını sağlam mühakimə əsasında verməkbacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gənclərikənar təsirlərdən qorumaqla yanaşı, onların ictimaihəyatda fəal və prinsipial mövqe tutmasına da imkanyaradır.
İnsanın dünyagörüşünün təşəkkül tapmasında dinibiliklər və mənəvi dəyərlər də mühüm yer tutur. Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlımənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyətdaşıyır. Dini anlayışların düzgün mənimsənilməsi iləxurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, diniinancın isə həmin inancdan sui-istifadə edənmanipulyativ çağırışların fərqləndirilməsi vacibdir.
Bizim yanaşmamız aydındır: dini dəyərlər insanləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvidəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqadazadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini vəhəmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayanmeyarlardır.
Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinəonları qorumaq üçün mükəmməl hüquqi mexanizmlərtəqdim edir. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquqvə qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraqbərabərliyinin qorunmasını, dini etiqad azadlığınıntəmin edilməsini nəzərdə tutur. Bu model həminsanların dini inanclarına hörmət göstərilməsi, həm dəmüxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumihüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçünəsas yaradır.
Bəzən milli dəyərləri qorumaqla müasir dünyayainteqrasiya arasında seçim etmək lazım olduğutəsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlikarasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıqelmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyəaçıq olmağa maneə yaratmamalıdır. Azərbaycancəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dinietiqad azadlığının və dünyəvi dövlətin təməlqaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini vəmədəni mənsubiyyətə malik insanların ümummillimaraqları, qanun qarşısında bərabərlik və qarşılıqlıhörmət əsasında bir arada yaşaması ictimai sabitliyinmühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaqdəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin vəvətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir. Nəticə etibarilə, milli-mənəvi tərbiyənin əsas məqsədiyalnız öz tarixini bilən deyil, onu anlayan; yalnızənənələrə bağlı olan deyil, onları müasir dövrüntələbləri ilə uzlaşdırmağı bacaran; yalnız informasiyaəldə edən deyil, onu təhlil edərək düzgün qərar verənvətəndaş yetişdirməkdir. Məhz buna görə də milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıqvətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isədünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalı, əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun vəvətəndaşlıq borcunu dərk edən mövqeyinformalaşmasına xidmət edən bütöv bir ideoloji sistemintərkib hissələri kimi qəbul edilməlidir.