12 oktyabr 2026 15:42
118

YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş silsilə tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan  Qafarov, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri  iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan  Qafarov çıxış edərək, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Partiyamızın əsas ideoloji bünövrəsi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik prinsipləri üzərində qurulduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının VIII qurultayı bu tarixi varisliyin və milli ideallara sədaqətin növbəti təntənəsinə çevrildi. Qeyd edib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Qurultayda qarşıya qoyulan vəzifələrin yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsinin, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin, üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının vacibliyini vurğulayıb.

Çıxış edənlər VIII Qurultayın Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini əhatə etdiyini bildirib.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.