11 oktyabr 2026 22:40
119

"Tasnim": ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşıb

Hörmüz boğazında neft tankerlərinə son hücumlardan sonra ABŞ-nin hərbi gəmiləri ərazidən uzaqlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi "Live AIS"in (Automatic Identification System - Avtomatik İdentifikasiya Sistemi) təqdim etdiyi koordinatlara əsasən məlumat yayıb.

Həmçinin neft tankerlərindəki dənizçilərdən sitat gətirilib:

"Amerika gəmiləri ötən gecə bir tankerə edilən hücumdan sonra yarı yolda dayanıb və insidentindən sonra öz istiqamətini dəyişib".