Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.
“İki sahil” IRIB-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib.
Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.