09 oktyabr 2026 21:26
159

Haalandın illik maaşı “Bavariya”ya mane olur

"Bavariya" “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etmək niyyətində deyil.

“İki sahil” xəbər verir ki, bu haqda insayder Kristian Falk məlumat yayıb.

Daha əvvəl mətbuatda Münhen təmsilçisinin norveçli oyunçun almaq istədiyi yazılmışdı. Kristian Falk isə bildirib ki, Bavariya" Haalandın yüksək maliyyə tələblərinə görə onunla bağlı danışıqlara başlamağı düşünmür.

Bildirilir ki, Halandın illik maaşı təxminən 35 milyon avrodur. Bu məbləğ “Bavariya”nın maliyyə siyasəti və komandanın maaş strukturu baxımından transferi çətinləşdirir. Bundan başqa, “Mançester Siti”nin əsas futbolçularından birini heyətinə qatmaq da asan olmayacaq.

Münhen klubunun əsas hədəfi isə Harri Keynlə müqaviləni uzatmaqdır. 2023-cü ildə “Tottenhem”dən transfer olunan ingiltərəli hücumçu komandanın aparıcı oyunçularından birinə çevrilib. Falkın sözlərinə görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar uğurla irəliləyir. “Bavariya” Keynlə uzunmüddətli əməkdaşlığı davam etdirmək və hücum xəttində sabitliyi qorumaq istəyir.