09 oktyabr 2026 16:13
104

Avropa savaşa hazırlaşır?

Avropa ölkələri irrasional addımlar atır və həqiqətən də savaşa hazırlaşa bilərlər.

“İki sahil” xəbər verir ki,  bu fikri Avstriyanın sabiq xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.İ. mərkəzinin rəhbəri Karin Knayzl "Politika" jurnalı üçün yazdığı məqaləsində ifadə edib.

O qeyd edib ki, Avropa həqiqətən müharibəyə girəcək, yoxsa bu sadəcə blefdir?.. Bir çox Aİ paytaxtlarında irasionallığın artmasını nəzərə alaraq, onların müharibəyə başlamaq qərarına gələcəyini istisna etməzdim.

Knayzlın fikrincə, bir çox siyasətçi üçün "müharibə yeni norma halına gəlib, o, artıq BMT Nizamnaməsində 1945-ci ilin aprelində təsbit olunduğu kimi, məcburetmənin son vasitəsi kimi nəzərdən keçirilmir".