08 oktyabr 2026 19:52
102

Çıxış Azərbaycan dövlətinin bəşəriliyinin təsdiqi kimi tarixləşdi

Dünya dövlətlərinin böyük əksəriyyəti bəşəri dövlət olan Azərbaycanla ikitərəfli siyasi, iq­ti­sadi, mədəni əlaqələr saxlayır. Belə münasibətlər dövlətlərin inkişafını sürətləndirir, modern­ləş­dirir. Bu əlaqələr Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da ge­niş­­lə­nib. Türkdilli dövlətlərlə ikitərəfli münasibətlər çoxtərəfli münasibətlər formatında da davam et­diril­məkdədir. Bu sıradan Mərkəzi Asiya dövlətləri də istisna deyil. Bu əlaqələr müxtəlif tədbir­lər­lə, görüşlərlə uğurla davam etdirilir.

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mər­kə­zi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu əlaqələrin təzahürüdür. Görüşdə Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya Döv­lət Başçılarının Məşvərət formatının üzvü olmasının Türkmənistan Prezidenti Qurbanqulu Məlik­qu­liyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə keçən il Avazada gerçəkləşdiyini, iki dövlət arasında siyasi dialoqun intensivliyini, ikitərəfli əlaqələrin daha da gücləndirildiyini, Türkmənis­ta­nın Füzuli şəhərində məscid, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etdirdiyini, ... xatırladaraq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişləndiyini də bildirdi. Çıxışında Azərbaycanın Qazaxıstanla, Özbəkistanla və Qırğızıstanla birgə investisiya fondları yaradıldığını diqqətə çatdıran dövlət başçımız dedi: “Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  çıxışında Xəzər dənizinin ölkələr arasında qarşılıqlı nəqliyyat əlaqələrinin aparılmasında, Xəzərin sahillərində möv­cud olan nəq­liy­­yat infrastrukturunun Mərkəzi Asiya və daha geniş ərazilərlə birləşdirilməsində əhəmiyyə­tin­dən söz açaraq dedi ki, “Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəq­liyyat infrastrukturuna, dəniz li­manlarının, aeroportların, dəmir və avtomobil yollarının inki­şa­fına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhə­miy­yətli də­rəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rə­qa­bə­tədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dəni­zinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”.

Azərbaycanın enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mü­hüm rol oynadığını, Türkmənistandan və Qazaxıstandan neftin ölkəmiz vasitəsilə nəql olundu­ğu­nu, bu da­şımaların həcminin artdığını, bərpaolunan enerji sahəsində əməkdaşlığın davamlı olaraq geniş­ləndiyini, yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparıldığını da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də əmin­lik­lə dedi ki,  “...əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələ­rin­də bir­gə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı dövlətlərarası münasibətlər sistemində siyasi manifest kimi dinlənildi və Azər­bay­can dövlətinin bəşəriliyinin təsdiqi kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı