08 oktyabr 2026 11:02
120

Japarov: Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə möhkəmləndirilməlidir

Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla ticarət dövriyyəsi son dörd ildə demək olar ki, iki dəfə artaraq 2025-ci ilin yekunları üzrə 3,5 milyard dollara çatıb.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşündə bildirib. Onun sözlərinə görə, 2025-ci ildə bu beş dövlətdən Qırğızıstana daxil olan investisiyaların məbləği 140 milyon dolları ötüb.

"Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə möhkəmləndirilməlidir", - Japarov vurğulayıb.