Azərbaycan millisi Litva ilə matçda yaxşı oyun göstərdi.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Edqaras Yankauskas Bakıda Azərbaycan millisi ilə oyundan (0:1) sonra mətbuat konfransında deyib. Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən matçın nəticəsini dəyərləndirib: "Meydanda iki bərabər səviyyəli komanda mübarizə aparırdı. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Amma rəqib bundan daha yaxşı istifadə etdi. Azərbaycan millisini təbrik edirəm".
Baş məşqçi oyunda hakimliyə də toxunub: "Qrup birincisi olmaq artıq öz əlimizdə deyil. VAR qərarına gəlincə, ümumiyyətlə, hakim bütün məsələlərdə Azərbaycan millisinin xeyrinə qərar verdi. Buraxdığımız qoldan əvvəl Azərbaycan millisinin oyunçusu qaydanı pozmuşdu. Həmçinin bir sıra epizodlarda rəqibə simpatiya göstərdi".