Tovuzda yanğın hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Suraxanı rayonunun bəzi ərazilərində enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli bayrağı qaldırılıb