02 oktyabr 2026 20:10
99

Kəlbəcər rayonunda səyyar tibbi xidmət təşkil olunub

Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.

“İki sahil” xəbər verir ki, bu istiqamətdə Kəlbəcər rayonuna köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub. Səyyar tibbi xidmətdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, pediatr, dermatoveneroloq, mama-ginekoloq tərəfindən, rayonun ən yaşlı sakini olan 113 yaşlı qadın, 0-10 yaş aralığında 25 nəfər uşaq olmaqla, ümumilikdə 77 nəfərə zəruri tibbi xidmətlər göstərilib.