02 oktyabr 2026 17:05
94

YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə

Partiyamızın VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edildiyi bir dövrdə keçirilir. Bu, hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir. Tarixi Zəfərimizin altı ilinin tamam olduğu bir dövrə təsadüf edən qurultay qarşımıza yeni hədəflər və vəzifələr qoyur.

“İki sahil” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

"Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hər zaman dünənin, bu günün və gələcəyin partiyası olduğunu konkret addımları ilə təsdiqləyir. Əminik ki, Yeni Azərbaycan Partiyasının tarixi bundan sonra daha möhtəşəm uğurlarla zənginləşəcək, qürurverici səhifələrin sayı daha da artacaq", - deyə deputat bildirib.