Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu. Ötən ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə görüşərək, onilliklər ərzində davam edən münaqişənin həlli və davamlı sülhün təmin olunması üçün ən yaxşı imkanlardan birini yaradan razılaşmanın ilkin mətninin imzaladılar.
“İki sahil” xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunun açılış mərasimində ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Emi Karlon deyib. O xatırladıb ki, həmin görüşdə, həmçinin Tramp marşrutu konsepsiyasının əsası qoyuldu. Daha sonra, 2026-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Həmin Xartiyada enerji və ticarət tranziti daxil olmaqla regional əlaqələr, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar kimi müxtəlif sahələr əhatə olunur.
Vəkilin sözlərinə görə, bu, məzmunca tamamilə regional xarakter daşıyır. “Azərbaycan buradakı fəaliyyətin əsas mərkəzindədir. Bununla yanaşı, ABŞ daha geniş CAMCA regionunu böyük iqtisadi və insani potensiala malik bir zona kimi görür.
Bu ticarət marşrutunun sadəcə infrastruktur olduğunu demək olmaz. Bu, iqtisadiyyatlar, insanlar və sizin gələcəyiniz arasında bir körpüdür”, - deyə Emi Karlon əlavə edib.
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb