30 sentyabr 2026 15:58
93

Masazırda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.