Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir: "Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".
Qeyd edək ki, YAP-nin 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.
Tahir Budaqov: Gənc nəslin belə tədbirlərdə iştirakı əsl vətəndaş kimi yetişmələri üçün çox vacibdir
Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub FOTO