27 sentyabr 2026 08:31
94

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!".