Otman Bozdağ palçıq vulkanının indiyədək qeydə alınmış sayca 12-ci püskürməsidir. Otman Bozdağ dünyanın ən iri və ən aktiv palçıq vulkanlarından biri hesab olunur.
“İki sahil” xəbər verir ki, bu fikirləri yer elmləri üzrə elmlər doktoru, laboratoriya müdiri Orxan Abbasov AZƏRTAC-a açıqlamasında bildirib. Sentyabrın 26-da səhər saatlarında Abşeron rayonu ərazisində yerləşən Otman Bozdağ palçıq vulkanının növbəti püskürməsi qeydə alınıb. Vulkanın son illərdəki aktivliyi xüsusilə diqqət çəkir. Otman Bozdağ 2017, 2018 və 2025-ci illərdə püskürüb. Əvvəlki püskürmələrdə olduğu kimi, bugünkü püskürmə də güclü alovlanma ilə müşayiət olunub. Qeyd etmək vacibdir ki, vulkanın sonuncu püskürməsi zamanı alov sütununun hündürlüyü təxminən 1000 metrə çatıb. Orxan Abbasov qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu Azərbaycanda palçıq vulkanizmi sahəsi üzrə fundamental tədqiqatlar aparan yeganə elmi-tədqiqat müəssisəsidir.
“Palçıq vulkanı püskürməsinin sahədə hərtərəfli qiymətləndirilməsi üçün püskürmədən sonra elmi ekspedisiyalar təşkil olunur. Vulkan yeni püskürdüyündən, onun sahəsində tədqiqat aparmaq imkanları məhduddur. Əlverişli şərait formalaşdıqdan sonra İnstitut tərəfindən əraziyə elmi ekspedisiya təşkil ediləcək. Ekspedisiya zamanı püskürmənin əsas parametrləri müəyyənləşdiriləcək, eruptiv məhsulların yayılma xüsusiyyətləri öyrəniləcək və hadisənin elmi qiymətləndirilməsi aparılacaq. Tədqiqatların nəticələri əsasında püskürmə ilə bağlı ətraflı məlumat mediaya təqdim ediləcək”, – deyə alim bildirib
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb