23 sentyabr 2026 16:37
62

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

 

 

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetin bir qrup əməkdaşı və tələbəsi Vətən müharibəsi şəhidi, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günü münasibətilə ailə üzvləri ilə görüşüb, məzarını ziyarət edib.

Görüş zamanı Nicat Əhmədovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunub. Təhsil aldığı illərdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun əziz xatirəsinin müəllimlərinin, tələbə yoldaşlarının və universitet ictimaiyyətinin qəlbində daim yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. O, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.