Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım olunub. “Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar