İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib.
“İki sahil” İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub. İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Paderan "Mossad"a məxfi hərbi məlumatları ötürmək ittihamı ilə saxlanılıb. İddia olunur ki, o, hərbi obyektlər, əməkdaşlar barədə məlumatlar və onların bəzi fərdi məlumatlarını toplayaraq öz kuratoruna ötürüb. Məlumata görə, Paderan həmçinin ötürdüyü məlumatların müqabilində avro ilə pul vəsaiti alıb. Məhkəmə bildirib ki, onun evində üzərində "tam məxfi" yazılmış raket mövzusunda materialların olduğu qeyd dəftərçəsi, şifrələnmiş məlumat daşıyıcıları, rabitə vasitələri, eləcə də foto və video avadanlıqları aşkar edilib.
ABŞ Konqresində Pit Heqsetin Pentaqona rəhbər kimi fəaliyyətindən narazılıq artır