19 sentyabr 2026 09:31
127

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var. Hücum nəticəsində 100-dən çox insan yaralanıb. Bildirilir ki, atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı hücumçunu zərərsizləşdiriblər.