Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri Dirk Lölke ilə görüşünün yekunlarına dair Almaniya səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"İqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin dünən Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi tanışlıq görüşünün əsas mövzuları olub", - paylaşımda qeyd edilib.
Diplomatik missiyanın məlumatına görə, görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb.
"Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik", - paylaşımda qeyd olunub.
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar