16 sentyabr 2026-cı il tarixində İsmayıllı rayonunda“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıqvə akvakultura məhsullarının istehsalı və emalı sahələrinininkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icra vəziyyətininqiymətləndirilməsi məqsədilə görüş keçirilib.
Tədbir çərçivəsində ilk olaraq rayon ərazisində fəaliyyətgöstərən bir sıra fermer və sahibkar təsərrüfatlarına baxışkeçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyininsədr müavini Taleh Zeynalov və aidiyyəti dövlətqurumlarının nümayəndələri təsərrüfatlarda aparılan işlərləyerində tanış olublar.
Səfər çərçivəsində “AZCHİCKEN PRODUCTİON” MMC, “AAFT” MMC, fiziki şəxs Məmmədov SəlahəddinSaməddin oğlunun təsərrüfatı və “İvanovka təbii qidaməhsulları” MMC-yə baş çəkilib. Burada istehsal fəaliyyəti, mövcud imkanlar, təsərrüfatların inkişaf istiqamətləri vəistehsal gücünün artırılması ilə bağlı görülən işlər barədəməlumat verilib.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibatibinasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalıilə məşğul olan fermer və sahibkarların, həmçininQərargah üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıdaİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyininsədr müavini Taleh Zeynalov çıxış edərək ölkədə aqrarsektorun inkişafına, ərzaq təhlükəsizliyinin təminedilməsinə və fermerlərin fəaliyyətinin dəstəklənməsinəyönəlmiş tədbirlərdən bəhs ediblər. Qeyd edilib ki, müəyyənləşdirilmiş hədəflərin yerlərdə reallaşdırılmasıdövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermer vəsahibkarlar arasında əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Sonda fermer və sahibkarların müraciətləri, təklifləri vəonları narahat edən məsələlər dinlənilib. Səsləndirilənproblemlərin aidiyyəti dövlət qurumları tərəfindənaraşdırılması və həlli istiqamətində zəruri tədbirləringörüləcəyi bildirilib.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib