Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) əməkdaşların institusional inkişaf proqramı çərçivəsində “Problemlərin idarə edilməsi və həlli” mövzusunda növbəti təlim keçirilib.
iki saatlıq təlimdə Agentliyin aparatının və tabeli qurumlarının rəhbər, menecer və mütəxəssisləri iştirak edib. Təlim zamanı problemlərin kök səbəblərinin müəyyənləşdirilməsi, effektiv həll yollarının hazırlanması və problemlərdən inkişaf imkanlarının yaradılması məsələləri müzakirə olunub.
Praktiki hissədə iştirakçılar real iş situasiyaları üzərində çalışaraq birgə həll təklifləri hazırlayıblar.
Əməkdaşların peşəkar inkişafına yönələn bu cür təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər