Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, sentyabrın 18-də Famil Mustafayevin 60 yaşı olur. O həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin