16 sentyabr 2026 23:01
79

Vuçiç öz xalqına və ölkə vətəndaşlarına sədaqətlə xidmət etmiş insan kimi vəzifədən gedir

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, öz xalqına və ölkə vətəndaşlarına sədaqətlə xidmət etmiş insan kimi vəzifədən gedir.

“İki sahil” xəbər verir ki, o, hakimiyyəti dövründə ağır şəraitə, çətin qərarlara və problemlərə baxmayaraq, Serbiyanı yüksəltməyə, maaş və pensiyaları ölkə tarixində ən yüksək səviyyəyə çatdırmağa nail olub. "İnanıram ki, Serbiya xalqı öz vətəninə sədaqətlə və vicdanla xidmət edənlərlə dövlətin maraqlarına qarşı hər şeyi edənləri ayırd edə biləcək", - o bildirib.