Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Türkiyə əhəmiyyətli rol oynayır. Bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
“2028-ci ilin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq”, - deyə Hakan Fidan bildirib.
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü - FOTO
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər