Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə azaldılacaq.
ADY-dən "İki sahil"ə verilən məlumata görə, Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq.
Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Beləliklə, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz:
Bu ilin yanvar-avqust ayları ərzində 238 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarına "Tərəqqi" medalları təqdim edilib