10 sentyabr 2026 17:47
115

Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və "China National Chemical Engineering and Construction Corporation Seven" (CC7) şirkəti arasında neft və neft-kimya sənayesində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"China National Chemical Engineering and Construction Corporation Seven" (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyanq ilə görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik. Görüşdə həmçinin mövcud layihələrin cari vəziyyəti və növbəti mərhələlər üzrə görülən işlər nəzərdən keçirdik. Bu istiqamətdə tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğuladıq", - deyə o qeyd edib.