10 sentyabr 2026 23:37
102

Bu ölkədə hər il...

Yaponiyada 2025-ci ildə intiharların sayı 19 min 188 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirilib ki, bu, ölkədə statistikanın aparılmasına başlanılan 1980-ci ildən bəri intiharların sayının ilk dəfə 20 mindən aşağı düşməsi deməkdir.

Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir artaraq 1082-yə yüksəlib. 2025-ci ildə ibtidai, orta və lisey şagirdləri arasında 538 intihar hadisəsi qeydə alınıb. Bu da yeni rekord göstərici hesab olunur.

Minoru Kihara bildirib ki, hökumət psixi sağlamlıq, sosial müdafiə və məşğulluq sahələrində yardımları birləşdirərək məsləhət və hərtərəfli dəstək sistemini genişləndirməyə davam edir.

Onun sözlərinə görə, uşaqlar və gənclər arasında intiharların qarşısının alınması məqsədilə sosial şəbəkələr üzərindən məsləhət xidmətləri genişləndirilir, həmçinin dəstəyə ehtiyacı olan uşaqların və gənclərin erkən müəyyənləşdirilməsinə yönəlmiş tədbirlər həyata keçirilir.