Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında "Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması" layihəsinin icrası üçün Töhfə Sazişi"ni təsdiq edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Saziş bu il iyulun 15-də ABŞ-nin Nyu-York şəhərində imzalanıb. Sənəd qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Proqramın Katibliyinə bildiriş göndərməlidir.
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb