Azərbaycanda sentyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə bu gün ixtisas seçimi başa çatır
Nobel mükafatları üzrə qaliblərin builki elanları 5–12 oktyabr tarixlərində keçiriləcək