Maliyyə Nazirliyi bir ay ərzində dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması ilə bağlı təkliflərini Prezident İlham Əliyevə təqdim etməli olacaq.
“İki sahil” xəbər verir ki, bu, dövlət başçısının imzaladığı övlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərmanda öz əksini tapıb.
Bundan başqa, fərmana əsasən, nazirlik aşağıdakılar barədə də təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir:
- normativ hüquqi aktların təkmilləşdirilməsi;
- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;
- Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi.
Xatırladaq ki, Azərbaycanda 8 məqsədli büdcə fondu var. 2026-cı ilin dövlət büdcəsində onların ümumi xərcləri 472 milyon 343,7 min manat nəzərdə tutulub.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür