Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.
“Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib