07 sentyabr 2026 18:12
404

YAP Bərdə rayon təşkilatı bu il rayonun 650-dən yüksək bal toplayaraq tələbə adı qazanmış məzunlarla görüş keçirib

YAP Bərdə rayon təşkilatı bu il rayonun 650-dən yüksək bal toplayaraq tələbə adı qazanmış məzunlarla görüş keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək gəncləri tələbə adı qazanmaqları münasibətilə təbrik edib, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətindən, bu siyasətin bugün  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən, ölkəmizin Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından danışıb. Bərdə rayonunda təhsilin inkişafı istiqamətində görülmüş işlərdən, təhsil sahəsində əldə olunan uğurları önə çəkib.  Bildirib ki, 2025-2026-cı tədris ilində Bərdə rayonun məktəbləri üzrə 1919 nəfər məzun olmuş,  onlardan 686 nəfəri ali məktəblərə daxil olub. 44 məzun 600-dən yuxarı, 80 məzun 500-dən yuxarı bal toplamışlar.  Respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yerlərin qalibləri, 3 nəfər qızıl medalçı, 44 nəfər fərqlənmə attestatı alanların hamısı ali məktəblərə qəbul olunmuşlar.
Görüşdə qəbul imtahanlarında  bal toplamış tələbələr adından Akademik Z.Əliyeva adına  liseyin qızıl medalçısı, respublika fənn Olimpiadasının qalibi, 681 balla Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmış Quliyev Murad Elməddin oğlu,  Liseyin direktoru Teymur Mustafayev, Gülgəzli kənd tam orta məktəbin məzunu, 673 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Əbilov Gündüz Murad oğlu, həmin məktəbin direktoru Samir Mikayılov, Kələntərli kənd tam orta məktəbin məzunu, 671 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Səfərli Günel Elnur qızı, həmin məktəbin direktoru Ələddin Balıyev, Qaradəmirçi kənd tam orta məktəbin məzunu, 665 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş İsmayılova Aynur Rəhman qızı, həmin məktəbin direktoru Elşad Məmmədov, şəhər 7 saylı tam orta məktəbin məzunu, 660 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Ələsgərova Nərmin Xəqani qızı, həmin məktəbin direktoru Mehparə Mustafayeva,  şəhər 3 saylı tam orta məktəbin məzunu, 662 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş Mahmudova Zeynəb Mahiq qızı, Həsənqaya kənd 1 nömrəli kənd tam orta məktəbin qızıl medalçı məzunu, respublika fənn Olimpiadasının gümüş medalçısı, 652 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Hümbətli Aysel   İsmayıl qızı,  həmin məktəbin direktoru Yaşar Ağayev,  Qarağacı kənd tam orta məktəbin direktoru Lətafət Orucova və valideynlər - Şirvanlı kənd tam orta məktəbin direktoru Fərqanə Əsgərova, Elməddin Quliyev, Günel Əbilova, Xəqani Ələsgərov, Nilufər Kərimova, Rəhman İsmayılov, Sevda Fərzəliyeva çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrə təşkilatın mükafatlarını təqdim edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.