Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib