06 sentyabr 2026 17:00
96

ABŞ 92 kommersiya gəmisini başqa istiqamətə yönləndirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İranın dəniz blokadasını davam etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində paylaşılan bəyanatında deyilir. "ABŞ Hərbi Hava Qüvvələrinin "F-35A" qırıcısı regional sularda patrul xidməti həyata keçirir, eyni zamanda, ABŞ hərbçiləri İranın blokadasını davam etdirir. Sentyabrın 6-na olan məlumata görə, CENTCOM blokadaya ciddi riayət olunmasını təmin etmək üçün 92 kommersiya gəmisini başqa istiqamətə yönləndirib, üçünü sıradan çıxarıb və iki gəmiyə baxış keçirib", - paylaşımda bildirilib.