06 sentyabr 2026 15:36
105

Zelenskinin Kiyevdə Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb

Prezident Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.

“İki sahil” “Kyiv Independent”ə istinadla xəbər verir ki, Stiv Uitkoff və Cared Kuşner Kiyevə qatarla gəliblər və onları stansiyada Ukraynanın yüksəkvəzifəli rəsmiləri, o cümlədən Prezident Ofisinin rəhbəri Kirill Budanov, Zelenskinin partiyasının parlamentdəki rəhbəri David Araxamiya və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov qarşılayıblar.

Stiv Uitkoff və Cared Kuşnerlə görüşdən əvvəl Volodimir Zelenski jurnalistlərə bildirib ki, Ukrayna hava limanları da ABŞ nümayəndələrinin təyyarə ilə gəlməsi üçün hazır vəziyyətə gətirilib, lakin Rusiyanın hava zərbələri bu variantın həyata keçirilməsinə imkan verməyib.

Ukrayna Prezidentinin gün ərzində nümayəndələrlə danışıqlar aparacağı gözlənilir.