Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində uğur göstəriciləri ildən-ilə yaxşılaşır.
Belə ki, 2025-ci ildə MİQ müsabiqəsində iştirak edən 54 043 namizədin 2 729 nəfərini (5%) BDU məzunları təşkil edib. Onlardan 1 480 nəfəri uğurlu nəticə göstərib.
2026-cı ildə isə MİQ müsabiqəsində iştirak edənlərin ümumi sayı 32 171 nəfər, BDU məzunlarının sayı isə 3 804 nəfər olub. Bu, ümumi iştirakçılar arasında BDU məzunlarının payının 5 faizdən 11,8 faizə yüksəlməsi deməkdir. Builki müsabiqədə 3 804 iştirakçıdan 2 592 nəfər uğurlu nəticə göstərib.
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları
İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir