01 sentyabr 2026 11:45
275

Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatına başlanılır

Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatına başlanılır.

 
Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-dək yalnız my.gov.az ilə aparılacaq.

Qeydiyyat üçün mygov ID ilə şəxsi kabinetinizə daxil olun, “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçin və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçin.

Məlumatlarınızı yoxlayın, tələb olunan sənədləri yükləyin və qeydiyyatınızı tamamlayın. Müraciətinizin statusunu isə “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərsiniz.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.

************
Registration begins for applicants admitted to the undergraduate level of the National Aviation Academy.

 Registration will be conducted exclusively via my.gov.az from 11:00 on August 28 until 18:00 on September 8.

 To register, log in to your personal account using mygov ID, select the Ministry of Science and Education from the “Services” section, and access the “Registration of students in higher and secondary specialized education institutions” service.

Check your information, upload the required documents, and complete your registration. You can track the status of your application in the “Service history” section.

Those who do not register and are not approved by the educational institution may be removed from the list of admitted applicants.

#naaacademy