29 avqust 2026 11:25
108

İstanbulda aeroportun xidməti avtobus aşıb, 18 nəfər yaralanıb

Türkiyədə İstanbul Hava Limanının işçilərini daşıyan xidməti avtobus aşıb.

“İki sahil” "HaberGlobal"a istinadən xəbər verir ki, Böyükçəkməcə rayonunda baş verən hadisə nəticəsində 18 nəfər yaralanıb.

Qeyd olunub ki, aşan avtobusda 30 sərnişin olub.

Qəza nəticəsində xəsarət alanlar dövlət xəstəxanalarına yerləşdirilib. Yaralıların ümumi vəziyyətinin yaxşı olduğu, onlardan 2-nin müalicə və müşahidəsinin davam etdiyi bildirilib.