29 avqust 2026 09:53
124

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var.

“İki sahil” xəbər verir ki, bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatında bildirilib. Məlumata görə, xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.

Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.