Moldova hökuməti Dnestryanı bölgədən gətirilən bir neçə kateqoriya mallara vergitutmanın tədricən tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini bəyənib. İlk mərhələ sentyabrın 1-dən başlayacaq: həmin gündən etibarən aksizlər alkoqollu içkilərə, tütün və nikotin məhsullarına, ətriyyata, pirotexnikaya, qiymətli daşlara və bəzi nəqliyyat vasitələrinə, o cümlədən minik avtomobillərinə tətbiq olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, baş nazir Vasile Tofan Moldova banklarını xarici tədarükçülərin rüsumları ödəyə bilməsi üçün hesabların açılması prosesini sadələşdirməyə çağırıb. "Toplanan vəsaitlər regionda yaşayan vətəndaşlara da ayrılacaq ki, onlar daha böyük dəstəyə, tibbi xidmətlərə, sosial təminata və təqaüdlərə daha çox çıxışa malik olsunlar", — deyə Tofan hökumətin iclasında bildirib.
Dnestryanı malların digər kateqoriyaları 2030-cu ilə qədər mərhələli şəkildə vergiyə cəlb olunacaq. Hökumətdən bəyan edildiyi kimi, bu addım biznesin uyğunlaşması və istehlakçıların kəskin qiymət artımı ilə üzləşməməsi üçün zəruridir. 2027-ci il yanvarın 1-dən aksizlər neft məhsullarına, 2027-ci il aprelin 1-dən isə təbii qaza və kompyuterlərə şamil ediləcək.